Putin sabah yoxa çıxa bilər | Ukraynada dalana dirəndi?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin Ukraynada dalana dirənən müharibə səbəbindən dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı ehtimalı var.
Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Cek Devayn deyib.
Devaynın sözlərinə görə, Putin Ukraynada daimi dalana dirənmə perspektivi ilə üzləşdiyi üçün onun yaxın çevrəsində çevriliş ehtimalı artır:
“Putin sabah yoxa çıxa bilər və hökumətin hansısa elementi icraedici addımlar atmağa qərar versə, təəccüblənmərəm. Putinin problemləri o, dalana dirənəndə başlayacaq və indi də məhz bu baş verməkdədir. Putinə qarşı qiyam olacağını düşünmürəm. Düşünürəm ki, saray çevrilişi deyə biləcəyimiz şey olacaq”.
Devayn bildirib ki, Putin getdikcə gözlənilməz və təhlükəli olur və Ukraynaya hücumu onun siyasi məhvini sürətləndirir.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
