Putin-Tramp görüşü üçün hazırlıqlar gedir | Rusiya mediasından sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Vladimir Putin və Donald Tramp arasındakı mümkün danışıqlara hazırlıq gedir və görüşün məkanı kimi Bakı nəzərdən keçirilir”.
Bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
Məlumata görə, görüş üçün üç neytral paytaxt müzakirə olunur: onlardan biri MDB-də (yəqin ki, Astana və ya Bakı), ikincisi Mərkəzi Avropada (Vyana), üçüncüsü isə Avropa qitəsindən kənarda (İstanbul) yerləşir. Türkiyənin NATO və Qazaxıstanın KTMT üzvü olduğunu nəzərə alsaq, Bakı və Vyana görüş üçün daha uyğun məkanlar hesab edilir.
Qeyd edək ki, daha əvvəl Putinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, bir neçə ölkə Moskvaya Rusiya və ABŞ liderləri arasında mümkün görüş üçün öz məkanlarını təklif edib.
“Qəribədir ki, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq”, – deyə Putinin köməkçisi brifinqdə bildirib. O qeyd edib ki, hadisələri qabaqlamaq istəmədiyi üçün bu ölkələrin adlarını açıqlamayacaq.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
