Putin Trampla razılaşacaq, yoxsa...? | ABŞ İnstitutundan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya lideri Vladimir Putin Ukraynada qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün ABŞ Prezidenti Donald Trampın aprelin 20-nə təyin etdiyi son tarixlə razılaşmayacaq.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Rusiya artıq Qara dənizdə müvəqqəti atəşkəs şərtini irəli sürüb və bunun müqabilində Qərb ölkələrindən “Rosselxozbank” və digər maliyyə təşkilatlarına qarşı sanksiyaları ləğv etmələrini tələb edib.
Üstəlik, Moskva Avropa İttifaqından Rusiyanın maliyyə qurumlarının SWIFT sisteminə qoşulmasını bərpa etməyi tələb edib.
Amerikalı analitiklərə görə, atəşkəsin şərtləri hələ tam razılaşdırılmayıb və bu, aprelin 20-dək müvafiq razılığın əldə olunmasını çətinləşdirir.
ABŞ İnstitutu iddia edir ki, Rusiya fəal şəkildə ABŞ və Ukrayna arasında minerallar üzrə sazişin bağlanmasına mane olmağa çalışır:
“Moskva bu yolla Donald Tramp Administrasiyasının məqsədlərinə zərbə vurmağa cəhd göstərir və özünü nadir torpaq elementlərinin satıcısı kimi göstərməyə çalışır”.
Bundan əlavə, analitiklər əmindirlər ki, Rusiya ilə ABŞ arasında mümkün iqtisadi əməkdaşlıq Kremli gələcəkdə Ukraynaya təkrar genişmiqyaslı hücumdan çəkindirə bilməyəcək.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
