Putin və Si Cinpin arasında razılaşma | Görüşün məqsədi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasına səfər edib. Bu barədə Kreml məlumat yayıb.
Pekində rəsmi qarşılanma mərasimindən sonra Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında öncə təkbətək, daha sona isə geniş tərkibdə görüş baş tutub.
Görüşün yekununda tərəflər birgə sənədlər paketini imzalayıblar. Həmçinin iki ölkənin liderləri hərtərəfli əməkdaşlıq və strateji qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair bəyanat qəbul ediblər.
Vladimir Putin çıxışında Çində olmaqdan məmnunluq hissi duyduğunu bildirib.
“Tərəflər arasında baş tutan görüş barədə onu deyə bilərəm ki danışıqlar yüksək səviyyədə keçdi. Bu görüş bizə bir daha qarşılıqlı maraqları əhatə edən mövzular ətrafında fikir mübadiləsi aparmaq imkanı verdi. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından düz 75 il ötür. Gələn il isə daha əhəmiyyətli və mötəbər tarixi qeyd edəciyik. 2-ci Dünya müharibəsində qələbə qazanmağımızın 80 ili tamam olur. Biz Rusiya-Çin münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə ümid edir, işğuzar əməkdaşlıq formatında danışıqların irəliləməsi üçün səylər göstəririk”, – Rusiya lideri qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
