Pleyeri seçin:

Putin və Trampın görüşü baş tutmayacaq? | Şərtlər müzakirə edildi

19 fevral 2025 233 baxış

ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda keçirilən danışıqlarda Rusiya və ABŞ arasında münasibətlərdə “qıcıqlandırıcı məqamları” aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər.

Bu barədə ABŞ Dövlət Departamentindən yayılan açıqlamada bildirilib.

Qeyd olunub ki, Rubio və Lavrov Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmağa qərar veriblər.

Eyni zamanda Rubio və Lavrov ümumi geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlıq etmək barədə razılıq əldə ediblər. Rusiyanın xarici işlər naziri və ABŞ dövlət katibi iqtisadiyyat və investisiyalar sahəsində gələcək əməkdaşlıq haqqında da razılığa gəliblər. ABŞ Dövlət Departamentindən bildirilib ki, Rusiya ilə ABŞ arasındakı zəng və görüş “davamlı sülh” üçün yetərli olmayıb, lakin Ər-Riyadda irəliyə doğru mühüm addım atılıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə açıqlamasında bildirib ki, Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları 4 saat yarım davam edib:

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü gələn həftə çətin baş tutsun, lakin bunun üçün şərtlər müzakirə olunub”.

Y.Uşakov əlavə edib ki, liderlərin görüşünün təşkili üçün iki ölkənin nümayəndə heyətlərindən gərgin iş tələb olunur.

“Biz razılaşdıq ki, Rusiya və ABŞ danışıqlar qrupları Ukrayna üzrə təmaslara başlasınlar. ABŞ ilə Ukrayna üzrə əlaqələrin nə vaxt başlayacağına Rusiya Prezidenti Vladimir Putin özü qərar verəcək”, – deyə o qeyd edib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 233 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 233 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 233 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 233 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 233 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 233 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 233 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 233 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 233 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 233 baxış
Seçilmişlər
icon