Putin və Zelenski nə vaxt görüşəcək? - Almaniya kanslerindən Rusiyaya mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corcia Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın kansleri Fridrix Merts, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə görüş keçirib.
Onun sözlərinə görə, müzakirələrdə Ukraynanın təhlükəsizliyi əsas mövzu olub. Tramp görüşdən sonra Vladimir Putinə zəng etdiyini və Zelenski ilə üçtərəfli danışıqlara hazırlığa başladığını açıqlayıb.
Almaniya kansleri Fridrix Merts isə qeyd edib ki, sammit yalnız atəş dayandırıldıqdan sonra baş tuta bilər.
Onun sözlərinə görə, Ukraynadan oğurlanmış uşaqlar məsələsi də gündəmdə olub.
Merts vurğulayıb ki, Ukrayna heç bir ərazi güzəştinə getməməlidir:
“Rusiyanın tələbləri əsassızdır. Donbassdan imtina Floridanın güzəştə gedilməsi ilə eyni şeydir”.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
