Pleyeri seçin:

Putin xalqdan nələri gizlədir? - Müharibə ilə bağlı sensasiyalı xəbər

20 may 2025 472 baxış

“Rusiya yavaş-yavaş Ukraynada müharibəni uduzmağa başlayır. Amma Prezident Vladimir Putin məğlubiyyətdən qaçmağı çox yaxşı bacarır”.

Bu barədə “Foreign Policy” yazır.

“Putin heç vaxt beynəlxalq səhnədəki uğursuzluqlara görə məsuliyyət daşımır, həmişə özünü qalib kimi aparır. O, mayın 9-da Rusiyanın təcrid edilmədiyini və məğlub olmadığını göstərən “qələbə səhnələri” təşkil edə bilsə də, Ukrayna Suriya və ya Gürcüstan deyil”, ‒ Amerika nəşri bildirir.

Məqalədə qeyd olunur ki, cəbhədə Rusiya Ordusunun irəliləyişi zəifləyib, itkilər artır:

“Putinin bu və ya digər formada məğlubiyyəti etiraf etməkdən başqa çıxış yolu yoxdur. Kreml müharibə itkilərini ruslardan gizlətməyə çalışa bilər, ancaq öz hekayəsinə nəzarət edə bildiyi müddətcə. Amma iqtisadi nəticələri gizlətmək daha çətindir. Putinin vətəndaşlara “mütləq Putinizm”dən başqa təklif edəcəyi heç nə yoxdur.

Rusiya iki ciddi hərbi dilemma qarşısındadır. Birincisi, irəli gedə bilməməkdir. Rusiya texniki cəhətdən təşəbbüs göstərir, yeni ərazilər ələ keçir, amma bu ətalət heç bir yerə aparmır. Artıq bir neçə aydır Rusiya Donetski almağa cəhd edir. Bu uğursuzluq böyük itkilərlə müşayiət olunur.

Hesablamalara görə, müharibə başlayandan bəri təxminən 790 min rus əsgəri həlak olub və ya yaralanıb, əlavə olaraq 48 min nəfər itkin düşüb. Təkcə bu il 100 mindən çox itki olub.

Müharibə bu tempdə davam edərsə, 2025-ci ilin sonuna qədər Rusiya 2022-ci illə müqayisədə strateji inkişafa nail olmadan 1 milyon itki həddini keçəcək”.

Nəşr qeyd edir ki, ikinci dilemma Ukraynanın özüdür:

“2022-ci ildə həlledici zərbə vura və ölkəni parçalaya bilməyən Rusiya zəif görünməmək üçün dinc əhaliyə zərbə endirmək taktikasını seçib. Bu yanaşma əks nəticə verdi. Rusların addımları ukraynalıları yalnız müqavimət göstərməli olduqlarına inandırdı. Bəli, Ukrayna Rusiya ilə müqayisədə daha kiçik və kasıbdır, “yorma müharibə taktikası” onun üçün əlverişli deyil, amma yüksək əhvali-ruhiyyə və innovasiya nümayiş etdirir. Məsələn, dronlar sahəsində. Bunlar ona dayanmağa kömək edir”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 472 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 472 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 472 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 472 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 472 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 472 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 472 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 472 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 472 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 472 baxış
Seçilmişlər
icon