Putin Zelenski ilə razılığa gələcək? | Rusiya Prezidentindən mətbuat konfransında mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Ukrayna ilə İstanbul razılaşmaları əsasında və mövcud vəziyyəti nəzərə alaraq danışıqlar aparmağa hazırdır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni lideri ilə imzalayacaq. Volodimir Zelenski seçkiyə getsə və legitimlik qazansa, Rusiya onunla da danışıqlara hazırdır. Biz ilkin şərt olmadan da dialoq aparmağa hazırıq. Bu, 2022-ci ildə İstanbulda əldə olunan razılaşma əsasında baş verə bilər”, – deyə Rusiya Prezidenti bildirib.
Prezident çıxışı zamanı həmçinin Ukrayna döyüşçülərinin Kurskdan çıxarılacağı tarixi deyə bilmədiyini açıqlayıb. V.Putinin sözlərinə görə, onların regiondan bir və ya iki gündən sonra çıxarılmasının heç bir əhəmiyyəti yoxdur.
Rusiya lideri Kurskda dağıdılmış infrastrukturun yenidən inşa ediləcəyini də deyib. Regiondan köçmək istəyənlərin arzusuna çatdırılacağını söyləyən V.Putin məsələ ilə bağlı artıq işlərin görülməsinə start verildiyini də vurğulayıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
