Putin Zelenskini tənqid etdi | Ukrayna bunu unutmamalıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin yerli televiziyaya müsahibə verib.
Ukraynada gedən müharibə ilə bağlı bir sıra sualları cavablandıran Kreml rəhbəri həmkarı Volodimir Zelenskini tənqid etməkdən də çəkinməyib.
“Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin psixotrop dərmanların istifadəsi ilə məşğul olan Kiyev unutmasın ki, danışıqlar onların istəklərinə deyil, reallığa əsaslanmalıdır.
Bundan əlavə, müzakirələrin aparılması rəsmi Kiyevin yenidən silahlanmasını dayandırmayacaq. Bu məsələ isə Rusiyanın təhlükəsizliyi ilə bağlıdır və çox ciddi mövzudur. Biz, bütün münaqişələri və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək istəyirik və buna hazırıq”, – deyə Putin bildirib.
Rusiya liderinin sözügedən açıqlamalarından fərqli olaraq Zelenski cəbhədəki vəziyyətin son üç ay ilə müqayisədə daha yaxşı olduğunu deyib.
Ukrayna Ordusunun Rusiyanın şərqdə irəliləyişini dayandıra bildiyini deyən Zelenski əlavə edib ki, qarşı tərəf cəbhədə ciddi itkilər verir.
Bundan başqa, ukraynalı lider Rusiyanın Avdeyevkanı ələ keçirmədiyini, sadəcə bölgəyə ziyan vurduğunu bildirib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
