Putindən Ərdoğana vacib zəng | Prezidentlər nələri müzakirə etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı R.T.Ərdoğan Dağıstanda terrorçuların cinayətkar hücumunu kəskin pisləyib. Rusiya xalqı ilə həmrəylik hisslərini bölüşdüyünü bildirib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralıların tezliklə sağalmasını arzulayıb.
Vladimir Putin başsağlığı və ifadə edilən dəstəyə görə təşəkkürünü bildirib.
Liderlər terrorla mübarizə sahəsində fəaliyyətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər. İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti də daxil olmaqla gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
