Putindən Priqojin etirafı: cəsədlərlə bağlı nə gizlədilib?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar içlasında çıxışı zamanı “Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin olduğu təyyarənin qəzaya düşməsindən də danışıb. Onun sözlərinə görə, təyyarəyə heç bir kənar müdaxilə olunmayıb.
“Bilirəm, yəqin ki, şirkət rəhbərliyinə “nə oldu?” sualı hələ də cavabsız qalıb. Təyyarə qəzasından xəbərimiz var, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin mənə məlumat verib. Təyyarə qəzasında həlak olanların cəsədlərindən əl qumbaralarının parçaları tapılıb.
Təyyarəyə heç bir kənar təsir olmayıb, bu, artıq təsdiqlənmiş faktdır və bu faktı Rusiya İstintaq Komitəsinin apardığı ekspertiza da təstiq edib. Həlak olanların cəsədlərində alkoqol və narkotik maddələrin olub-olmaması ilə bağlı ümumiyyətlə ekspertiza aparılmayıb, amma zənnimcə, aparmağa dəyərdi”, – deyə Putin bildirib.
O həmçinin qeyd edib ki, Priqojinin Sankt-Peterburqdakı ofisində aparılan axtarışlar zamanı 10 milyard rubl nağd pul və 5 kq kokain tapılıb.
#Vladimir Putin teqi istifadə olunub
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
- Moskvadan gələn açıqlama yeni diplomatik prosesin başlanğıcı ola bilərmi? - Baku TV
- Zelenski Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib - Baku TV
