Putindən Trampa savaş xəbərdarlığı | Rusiya-Ukrayna müharibəsi barədə sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla söhbətində Ukraynada yeni ərazilərin ələ keçiriləcəyini bildirib.
Bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, Putin Trampa açıq şəkildə deyib ki, növbəti 60 gün ərzində Rusiya hərbçiləri hazırda mövqe tutduqları Ukrayna bölgələrinin inzibati sərhədlərinədək irəliləmək niyyətindədir. Bu isə faktiki olaraq yeni ərazilərin işğalı deməkdir.
“Axios”un yazdığına görə, Tramp bu söhbətin detallarını Fransa Prezidenti Emmanuel Makronla bölüşüb və belə deyib: “O, hər şeyi almaq istəyir".
Bu açıqlama Qərbdə ciddi narahatlıq doğurub. Ekspertlər hesab edirlər ki, Putin qarşıdakı həftələrdə cəbhədə yeni hücum əməliyyatlarına başlaya bilər və bu, danışıqlara ümidləri azaldacaq.
Hazırda nə Kreml, nə də Ağ Ev bu danışma barədə rəsmi açıqlama verməyib. Lakin Trampın Makrona dedikləri ABŞ-Rusiya münasibətlərində gərginliyin daha da artacağının göstəricisidir.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
