Putindən Trampla bağlı vacib açıqlama | Bu, hər kəsi qane etmir...
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ-nin yeni Administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur".
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Vaşinqtonun hazırkı hakimiyyəti praqmatizm və hadisələrə real baxış nümayiş etdirir, stereotiplərdən uzaq durmağı seçir.
V.Putin Rusiya ilə ABŞ arasındakı dialoqun hər kəsi qane etmədiyini əsas gətirərək 3-cü şəxslərin buna mane olacağını iddia edib.
"Biz Qərbin Rusiya-ABŞ arasında dialoqa müdaxilə cəhdlərinin qarşısını almaq üçün diplomatiyanın və kəşfiyyat xidmətlərinin bütün imkanlarından istifadə etməliyik. Hər 2 ölkə əməkdaşlığın bərpasına hazırdır", – deyə V.Putin vurğulayıb.
Bundan əlavə, Kremlin rəhbəri ölkəsinin heç vaxt Ukrayna müharibəsini sülh yolu ilə həll etməkdən imtina etmədiyini söyləyib.
O, Rusiyalı hərbçilərin Ukraynadakı fəaliyyəti ilə bağlı əsas beynəlxalq problemlər üzrə dialoqun başlanmasına şəraitin yarandığını deyib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
