Putindən Ukrayna Ordusu barədə sensasiya | Bütün danışıqlar pozulur?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin və hakimiyyətə yaxın şəxslər Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətlər törətməkdə ittiham etməklə 30 günlük atəşkəs danışıqlarını pozmağa çalışır.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir.
Analitiklər bildirir ki, Kreml bu iddianı gücləndirərək Ukrayna ordusunu nüfuzdan salmaq, Qərbin Kiyevə dəstəyini zəiflətmək və ABŞ Prezidenti Donald Trampın təklif etdiyi atəşkəs danışıqlarını gecikdirmək niyyətindədir.
Martın 13-də Putin ABŞ və Ukrayna arasında atəşkəs müzakirələrinə münasibət bildirərək “Ukrayna ordusu Kursk vilayətində dinc əhaliyə qarşı cinayətlər törədib, onları sadəcə buraxmalıyıq?” sualını verib.
O, martın 14-də də Ukrayna qüvvələrini terror aktlarında ittiham edib. ISW qeyd edir ki, Putin bu ittihamlardan 2021 və 2022-ci illərdə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsini əsaslandırmaq üçün istifadə etdiyi kimi, indi də atəşkəs danışıqlarını pozmaq üçün istifadə edir.
Hesabatda vurğulanır ki, Rusiyanın ultramillətçi qüvvələri də bu ittihamları dəstəkləyərək Ukraynada atəşkəsə qarşı çıxır və Ukrayna ordusuna qarşı zorakılığı əsaslandırmağa çalışır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Ukraynada atəşkəslə bağlı sülh danışıqları “operativ mərhələyə” daxil olub. O, Putinin atəşkəsə dair qeyri-müəyyən mövqeyinin qəbuledilməz olduğunu vurğulayıb.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
