Putini Çinə gətirən səbəb: Rusiya lideri kimlərlə görüşəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 17-si Çin Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə səfər edib.
İki günlük səfər zamanı Rusiya Prezidentinin qrafiki çox sıxdır.
Putin səfərinin ilk günündə əsasən, “Bir kəmər, bir yol” Üçüncü Beynəlxalq Forumuna qatılan həmkarları, eləcə də nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək, həmçinin Vyetnam Prezidenti, Tayland Krallığının Baş naziri, Monqolustan Prezidenti və Laos Prezidenti ilə danışıqların aparılması planlaşdırılır.
Bundan əlavə, Rusiya lideri oktyabrın 17-də Çinin sədri Si Cinpin və xanımı Penq Liyuanla da görüşməlidir.
Qeyd edək ki, “Bir kəmər, bir yol” Forumunun əsas tədbirləri oktyabrın 18-də Tiananmen meydanındakı Böyük Xalq Zalında keçiriləcək. Həmin gün Rusiya-Çin danışıqları da baş tutacaq, bundan sonra Putin forum çərçivəsində bir sıra ikitərəfli görüşləri davam etdirəcək.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
