Pleyeri seçin:

Putini gözləyən təhlükə: britaniyalı ekspert "Vaqnerçilər"in qisasından danışdı

24 avqust 2023 315 baxış

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında öldüyü barədə xəbərlər dünya gündəmini zəbt etdiyi bir vaxtda britaniyalı yazıçı, Rusiya üzrə ekspertin açıqlaması hər kəsi təəccübləndirib.

Belə ki, Keir Cayls onun ölüm xəbərinə şübhə ilə yanaşdığını, Y.Priqojinin şəxsi təhlükəsizliyinə həmişə ciddi yanaşdığını, səyahət planlarını və harada olduğuna dair məlumatları dəfələrlə gizlətdiyini deyib:

“Hər kəs Y.Priqojinin Rusiyada qaldırdığı qiyamdan sonra uzun müddət sağ qalmasına təəccüblənmişdi. Rusiya Müdafiə Nazirliyi ilə hesablaşmaq fikrinə düşərək Vladimir Putinə meydan oxuyan Y.Priqojin bilməli idi ki, onun ölümü bir göz qırpımında baş verə bilər. Y.Priqojinin iyunun 24-də Moskvadan sağ çıxması Rusiya üçün böyük təhlükə idi. Əgər Yevgeni, doğrudan da, ölübsə, o zaman Rusiyanın işi daha çətin olacaq. Çünki Y.Priqojinin yüzlərlə əsgəri onun qisasını almaq istəyəcək. Liderlərini itirmək onlar üçün ağır olacaq. Unutmayaq ki, Y.Priqojin dəfələrlə Rusiya Müdafiə Nazirliyini sərt tənqid edib. Başqası bunu edə bilməzdi. Bu da o deməkdir ki, Moskvada Y.Priqojini qoruyan hərbçilər var və əgər o, hazırda sağdırsa, bu, onların sayəsində baş verib”.

Keir Cayls əlavə edib ki, Y.Priqojinin olduğu təyyarədə, əslində, nə baş verdiyini heç kim heç vaxt bilməyəcək.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 315 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 315 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 315 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 315 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 315 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 315 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 315 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 315 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 315 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 315 baxış
Seçilmişlər
icon