Putini məsuliyyətə cəlb edəcək ABŞ-dan Ukraynaya hərbi yardım
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Rusiya Prezidenti Vladimir Putini istənilən hərbi cinayətə görə məsuliyyətə cəlb etmək üçün səy göstərəcək.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O həmçinin qeyd edib ki, ABŞ bu həftənin sonuna kimi Ukraynaya əlavə yardım elan edə bilər:
“ABŞ-dən Ukrayna üçün əlavə təhlükəsizlik hərbi yardım paketləri, əlavə silahlar və vəsaitlər barədə məlumatı bu həftənin sonuna kimi eşidəcəksiniz. Biz hərbi yardımları Ukraynanın ehtiyaclarına uyğun olaraq dəyişdirməyə davam edəcəyik. Bunu təmin edə bilməsək, digər müttəfiqlər və tərəfdaşlarla işləyəcəyik”.
Qeyd edək ki, Con Kirbi Ukraynaya göndəriləcək növbəti yardım paketində tankların olub-olmayacağı ilə bağlı suala cavab verməyib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
