Putinin açıqlaması gündəmə düşdü | KTMT-dən Ağ Evə vacib çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Şurasının iclası keçirilib.
İclasın əsas mövzusu təşkilata üzv ölkələrin birgə işini genişləndirməkdir. Bununla yanaşı, narkotik və qanunsuz miqrasiya ilə mübarizə məslələri də müzakirə edilib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın silah-sursatı öz gücünü döyüşlərdə isbatlayıb. Kremlin rəhbəri bunu əsas gətirərək KTMT-yə üzv ölkələrin ordularının da bu hərbi texnika ilə təchiz olunmasını təklif edib.
V.Putinin fikrincə, KTMT 10 il ərzində nüfuzlu regional struktura çevrilib və Avrasiyada təhlükəsizliyin təmin olunmasına kömək edir. Həmçinin üzv ölkələrin suverenlik və ərazi bütövlüyü də qorunur.
Təşkilata üzv ölkələrin liderləri ABŞ-yə çağırış da səsləndiriblər. Müraciət strateji hücum silahlarının hazırlanmasını minimuma endirməklə bağlı Rusiyanın təklifinə əsaslanıb. Belə ki, Rusiya belə raketlərin istehsalını azaltmağı təklif edib ki, güclü ölkələr arasında silahlanma yarışı olmasın.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
