“Putinin dəstəsi çalışır ki...” | Ermənistanda ara niyə qarışdı?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistana qarşı görünməmiş hibrid müharibəyə başlayıb”.
Bunu Ermənistanın “Respublika Uğrunda” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.
“Ermənistandakı boşboğazlar və çirkli ağızların mənbəyi Putindir. Onlar Ermənistanı Belarusa çevirmək istəyirlər ki, sonra gedib Rusiyada eşşək kimi işləsinlər. Putinin dəstəsi Ermənistanı yerlə-yeksan etmək istəyir”, – siyasətçi bildirib.
Mehrabyanın sözlərinə görə, seçkilərə ayrı-ayrılıqda qatılan Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Köçəryan birləşmək üçün Kremldən təlimat gözləyirlər: “Radikal müxalifət lazımi anda birləşəcək. Bir təlimatla birləşib, Ermənistanı Belarusa çevirmək üçün Köçəryanı irəli aparacaqlar. Biz mafiya ilə mübarizə aparırıq”.
Siyasətçinin fikrincə, Robert Köçəryan işlədiyi cinayət əməllərinə görə həbs olunmalıdır: “Köçəryan zolaqlı köynəkdə islah-əmək düşərgəsində olmalıdır. Köçəryan Ermənistan üçün zəhərdir”.
Mehrabyan bununla belə, rusiyapərəst radikal qüvvələrin seçkilərdə məğlub olacağını proqnozlaşdırıb: “Putin iyunun 8-də ağzında məğlubiyyətin acı dadı ilə oyanmalıdır”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
