Pleyeri seçin:

Putinin doktrinasını oxusalar, görərlər ki… | Lavrovdan G20 sammitində diqqətçəkən çıxış

21 noyabr 2024 484 baxış

Rio-de-Janeyroda keçirilən G20 sammitində Rusiya nümayəndə heyətinə başçılıq edən xarici işlər naziri Sergey Lavrovun çıxışı və bəyanatlarından əsas tezislər paylaşılıb.

Lavrov həmin gün Putinin nüvə doktrinasını imzalamasını xüsusi olaraq vurğulayıb.

“Bu gün biz rəsmi olaraq nüvə doktrinasını dərc etdik. Orada hər şey öz təsdiqini tapıb, Prezident Vladimir Putinin bir ay əvvəl ictimaiyyətə açıqladığı şeylər artıq qanunla təsdiqlənib. Ümid edirəm ki, onlar bu doktrinanı oxuyacaqlar”, – o bildirib.

Lavrov Rusiyanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı ardıcıl mövqeyini təsdiqləyib və qeyd edib ki, bu, sovet dövründən, Mixail Qorbaçov və Ronald Reyqanın nüvə müharibəsində qalibin ola bilməyəcəyini bəyan etdiyi vaxtdan bəri dəyişməz qalır:

“Biz nüvə silahını müstəsna olaraq çəkindirmə vasitəsi hesab edirik və nüvə münaqişəsinə yol verməmək prinsipinə ciddi əməl edirik”.

O həmçinin deyib ki, Rusiyanın yenilənmiş nüvə doktrinasında Qərbə məlum olmayan heç bir yenilik yoxdur və bu cür sənədlər üçün müəyyən edilmiş beynəlxalq standartlara cavab verir.

Rusiyalı nazir Ukraynadakı münaqişənin həllinə yönəlmiş sülh təşəbbüslərini dəstəklədiyini də xatırladıb: “Məqsədlərinin müharibə deyil, sülh olduğunu bəyan edənləri dəstəkləməyə hər zaman hazırıq. Bu, layiqli mövqedir, biz bunu yüksək qiymətləndiririk”.

Sammitin əsas mövzularından biri beynəlxalq strukturlarda islahatların aparılması zərurəti olub. Lavrovun sözlərinə görə, Qlobal Cənub ölkələrindən gələn nümayəndə heyətlərinin əksəriyyəti Qərb ölkələrinin qlobal təsisatlarda üstünlüyünə işarə edərək bərabərsizliklə mübarizəyə çağırıblar.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 484 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 484 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 484 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 484 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 484 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 484 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 484 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 484 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 484 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 484 baxış
Seçilmişlər
icon