Putinin ram edə bilmədiyi iki ordu - "Vaqner" və "Kadırovçular"
Yeniliklərdən dərhal xəbərdar olun
Yevgeni Priqojinin ölümü və onun məhz xəyanətə görə Vladimir Putin tərəfindən aradan götürülməsi ehtimalı Rusiyada özəl orduların ləğvini də gündəmə gətirib.
Bu isə Y.Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi şirkəti ilə yanaşı, digər hərbi dəstənin, “Kadırovçular”ın da eyni aqibətlə üzləşəcəyi fikrini yaradıb. Çünki hakimiyyətin birbaşa idarə edə bilmədiyi iki şəxsi ordu var idi – “Vaqner” və “Kadırovçular”.
“Vaqner”in bütün komandanlığı həlak olduğuna görə belə bir sual ortaya çıxır: “Kadırovçular”ın da eyni taleyi yaşayacağı gözlənilirmi?
Politoloq Əlimusa İbrahimov bildirib ki, Y.Priqojinin ölümü Rusiya hakimiyyətinə qarşı təhlükə törədən digər şəxslər üçün də xəbərdarlıqdır: “Həmin şəxslər özlərini düzəltməsələr, onları da bu aqibət gözləyir. Ramzan Kadırovun aradan götürülməsi isə Çeçenistanın itirilməsi və yaxud Rusiyanın nəzarətindən çıxması ilə nəticələnə bilər. Ona görə də Vladimir Putinin Ramzan Kadırova qarşı eyni addımı atacağını düşünmürəm”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
