Pleyeri seçin:

Putinin sülhü istəməməsinin əsas səbəbləri | İki lideri üz-üzə qoyan müharibə

31 iyul 2025 152 baxış

“ABŞ Prezidenti Donald Tramp Kremlin apardığı siyasətdə məyus olduğunu bildirərək rusiyalı həmkarı Vladimir Putinə Ukraynadakı savaşı dayandırmaq üçün 10 gün vaxt verib. Moskva imtina etsə, ABŞ-nin ağır sanksiyaları ilə üzləşəcək. Bu artıq Ağ Ev Rəhbərinin Putinə ünvanladığı ikinci ultimatumdur. Öncəki müddət 50 gün idi”.

Bu sözlər “Atlantic Council”də yayılan məqalədə qeyd olunub.

Bildirilib ki, Tramp Putin üçün kifayət qədər sərfəli sülh təklif etsə də, Kremlin rəhbəri razılaşmayıb. Hazırda isə Tramp eskalasiyanın azaldılması fonunda Rusiyaya güzəştə getmək fikrindən dönüb.

“Halbuki Tramp Krımın da anneksiyasını qəbul edə bilərdi. Heç Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunmasının da lehinə deyildi. Bəs dönüş nöqtəsi nə oldu? Məlumata görə, buna səbəb Trampın avropalı müttəfiqlər vasitəsilə Ukraynanın silahlandırılmasına müsbət cavab verməsidir.

Hazırda Vaşinqtonda hərbi yardımların effektivliyi müzakirə olunur. Çünki çatdırılan sistemlərin müharibənin gedişatına necə təsir edəcəyi bilinmir.

O ki qaldı Putinin sülhdən imtina etməsinə, bununla bağlı üç əsas faktor irəli sürülüb. Birincisi, hücumların ləng olmasına baxmayaraq, Kreml savaşda qələbə qazanacağına əmindir. İkincisi, 2022-ci ildən Rusiya iqtisadiyyatı müdafiə sənayesi hesabına ayaqda saxlanılır. Hərbi gəlirlər sanksiya itkilərini ört-basdır edir. Atəşkəsdən sonra hərbi zavodlar gücləndirilmiş rejimdə işləməyəcək və qazanc mənbəyi risklərlə üzləşəcək.

Üçüncü səbəb daxili stabillikdir. Belə ki, çünki sülh əldə olunan halda ölkəyə yüksək gəlirə öyrəşmiş yüz mindən çox müharibə veteranı qayıdacaq. Bu isə Rusiyadaxili stabilliyi pozacaq. Həm də Ukraynanın müstəqilliyi Rusiyanın imperialist xislətinə təhdiddir”, ‒ deyə məqalədə qeyd olunub.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 152 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 152 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 152 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 152 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 152 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 152 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 152 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 152 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 152 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 152 baxış
Seçilmişlər
icon