Pleyeri seçin:

Putinlə Orbanın Moskva görüşünün detalları açıqlandı

05 iyul 2024 152 baxış

Rusiya və Macarıstan mövcud çətin geosiyasi vəziyyətdə dialoqu davam etdirirlər, bu, vacibdir. Bu baxımdan Viktor Orbanla faydalı, səmimi söhbət olub.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

"Moskva və Budapeşt sağlam praqmatizm və qarşılıqlı fayda prinsipləri əsasında bir sıra sahələrdə əməkdaşlığı davam etdirirlər", – deyə Rusiya lideri bildirib.

V.Putin qeyd edib ki, V.Orbanla aktual məsələlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıb, mümkün nizamlanma yollarını müzakirə edib. V.Orbanın Kiyevə səfəri və Ukrayna rəhbərliyi ilə təmasları müzakirə olunub.

V.Putin bildirib ki, rəsmi Moskva Ukraynada nizamlanmanın müzakirəsinə açıq olsa da, Kiyev bunu istəmir. Ukrayna hərbi əməliyyatların dayandırılmasına imkan vermir, çünki bu vəziyyətin uzadılması üçün bəhanə aradan qalxır. Hərbi vəziyyət ləğv edilsə, seçkilər keçirilməli olacaq.

Rusiya lideri əlavə edib ki, reytinqini itirmiş Ukrayna rəhbərliyinin seçkilərdə qalib gəlmək şansı sıfıra yaxındır.

"Rusiya Ukraynadakı münaqişənin atəşkəs və ya pauzaya deyil, Moskvanın səsləndirdiyi şərtlərlə tamamilə dayandırılmasının tərəfdarıdır”, – deyə Vladimir Putin vurğulayıb.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 152 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 152 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 152 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 152 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 152 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 152 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 152 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 152 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 152 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 152 baxış
Seçilmişlər
icon