Pleyeri seçin:

Qadının başına gələnlər həyat yoldaşını şoka saldı | ABŞ-dəki hadisə gündəmi silkələdi

25 iyul 2025 279 baxış

ABŞ-nin Virciniya ştatında yaşayan Loren Kanadei fevral ayında evində qəfil huşunu itirib və klinik olaraq 24 dəqiqəlik ölüm vəziyyətində olub.

“Newsweek” xəbər verir ki, onun həyat yoldaşı dərhal ilk yardım göstərib, daha sonra isə təcili tibbi yardım briqadası dörd dəfə elektroşok tətbiq edərək ürək fəaliyyətini bərpa edib.

Loren xəstəxanaya çatdırıldıqdan sonra koronavirus testinin nəticəsi pozitiv çıxıb. Həkimlər ürəyin dayanmasının səbəbi kimi miokardit, yəni ürək əzələsinin iltihabını göstəriblər. Beyni 24 dəqiqə oksigensiz qalmasına baxmayaraq, Loren cəmi doqquz gün sonra xəstəxananı heç bir zehni və fiziki fəsad olmadan tərk edib. Bu hal tibbi çevrələrdə böyük təəccüb doğurub.

Hadisədən sonra sosial şəbəkələrdə təcrübəsini paylaşan Loren ölümə yaxın anlarında ruhani və ya mistik görüntülərlə qarşılaşmadığını bildirib. O deyib: “Ətrafımda nə tunel, nə də işıq vardı. Amma qəribə bir sakitlik və yüngüllük hiss etdim. Elə bil hər şeydən azad idim. Artıq ölüm mənə qorxulu gəlmir”.

Bu hadisədən sonra həyatında böyük dəyişikliklərə gedən Loren əvvəlki işindən ayrılıb, “Independence Ave” adlı şəxsi kitabını nəşr etdirib və həyatını daha sadə, mənalı şəkildə yaşamağa qərar verib. O, vaxtını meditasiya, təbiətdə gəzintilər və sevdikləri ilə birlikdə keçirməyə üstünlük verir.

Tibbi mütəxəssislər Lorenin vəziyyətini nadir rast gəlinən “Lazarus effekti” ilə əlaqələndirirlər. Bu, klinik ölüm halından sonra orqanizmin həyat fəaliyyətini bərpa etməsi ilə xarakterizə olunur. 1982-ci ildən bəri bu cür yalnız 65 hadisə qeydə alınıb və onların içində cəmi 18 nəfər Loren kimi heç bir daimi zədə almadan sağ qalıb.

Ürək dayanması zamanı beyində və həyati orqanlarda oksigen çatışmazlığı ölümcül nəticələrə səbəb ola bilər. Loren Kanadein tam sağlam şəkildə həyata dönməsi bir çox mütəxəssis tərəfindən “elmi izahı çətin tibbi möcüzə” kimi qiymətləndirilir.

Kopyalandı
Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 279 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 279 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 279 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 279 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 279 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 279 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 279 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 279 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 279 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 279 baxış
Seçilmişlər
icon