Qalmaqallı ərazilər Gürcüstana necə qaytarılacaq? - Əsas şərt açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi” telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, əgər biz səbir nümayiş etdirsək və siyasətimizi təmkinlə həyata keçirsək, Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsi realdır. Bu məsələnin həlli təbii ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbir və düzgün siyasətlə hər şey mümkündür”, ‒ deyə o bildirib.
Söhbət Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın tərkibinə qaytarılmasından gedir.
Xatırladaq ki, 2008-ci ildə Gürcüstan və Cənubi Osetiya arasında silahlı münaqişə baş verib. Rusiya isə öz vətəndaşları və bölgədəki sülhməramlıları qorumaq üçün sözügedən ərazilərə qoşun göndərərək gürcü qoşunlarının geri çəkilməsinə nail olub. Bununla da 2008-ci il avqustun 26-da Rusiya Federasiyası Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.
#Gürcüstan teqi istifadə olunub
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
