Pleyeri seçin:

Qalmaqallı qanun layihəsinin detalları | Papuaşvilidən açıqlama

03 iyun 2024 445 baxış

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.

Bu barədə məlumatı ölkə parlamenti yayıb. Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib.

Spiker Şalva Papuaşvili açıqlamasında bildirib ki, sənədin əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlılığını gücləndirməkdir:

“Qanun layihəsini imzaladım. Qanunun yanaşması sadə və aydındır. Qeyri-hökumət təşkilatları və media xarici hökumətlərin maliyyəsi ilə qərarların qəbulu prosesində iştirak etmək və gürcü xalqının həyatına təsir etmək istəyirsə, minimum şəffaflıq standartına cavab verməlidir. Əhali hər bir aktorun arxasında kimin, hansı qüvvələrin dayandığını bilməlidir”.

Məlumat üçün bildirək ki, bundan sonra Ədliyyə Nazirliyi və Milli Dövlət Reyestri Agentliyinə “xarici dövlətin maraqlarını daşıyan təşkilatların” reyestri üçün portal yaratmaqla bağlı 60 gün vaxt veriləcək. Bu mərhələ başa çatdıqdan sonra reyestrdə qeydiyyatdan keçmək qeyri-hökumət təşkilatlarının və onlayn medianın böyük bir hissəsi üçün məcburi olacaq.

Sözügedən məsələ ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze də münasibət bildirib. Qeyd edib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi nə hakimiyyətin qələbəsi, nə də opponentlərin və beynəlxalq tərəfdaşların məğlubiyyəti hesab edilməlidir.

Hökumət rəhbərinin sözlərinə görə, sənədin qəbulu ilə yalnız Gürcüstan qalib gəlib. Baş nazir bildirib ki, indi qanun qüvvədədir və hamı soyuqqanlılıqla praqmatik hərəkət etməli və lazımsız emosiyaları bir kənara qoymalıdır.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 445 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 445 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 445 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 445 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 445 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 445 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 445 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 445 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 445 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 445 baxış
Seçilmişlər
icon