Qanunsuz miqrasiyanın qarşısı belə alınacaq | ABŞ və Meksika arasında vacib sövdələşmə
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Meksika mallarına tətbiq edilən rüsumları bir ay müddətinə dayandırıb.
Bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum “X” sosial şəbəkəsində ABŞ lideri ilə telefon danışığından sonra bildirib.
“Bu andan etibarən ABŞ-də tətbiq olunan tariflər bir ay müddətinə dayandırılır”, – deyə o qeyd edib. Öz növbəsində Tramp da bu məlumatı təsdiqləyib.
O həmçinin əlavə edib ki, K.Şeynbaum qeyri-qanuni immiqrasiya və narkotik ticarəti ilə mübarizəni gücləndirmək üçün ABŞ sərhədinə 10 min Meksika əsgərinin yerləşdirilməsi ilə razılaşıb.
“İndicə Meksika Prezidenti Klaudiya Şeynbaumla danışdım. Bu, çox mehriban söhbət oldu və o, Meksika ilə ABŞ arasındakı sərhədə dərhal 10 min meksikalı hərbçi yerləşdirməyə razılıq verdi”, – deyə Ağ Ev rəhbəri bildirib.
Onun verdiyi məlumata görə, bu hərbçilər qanunsuz miqrant axınının dayandırılmasına cavabdeh olacaqlar.
Tramp həmçinin vurğulayıb ki, Vaşinqton tərəfdən Meksika ilə gələcək danışıqları dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri aparacaq.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
