Qazaxıstanda 12 iyun Milli Matəm Günü elan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın şərqindəki Abay rayonunda xilasedicilər bir neçə yanğın ocağının söndürülməsi istiqamətində işlərini davam etdirirlər.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin sədri Nurbolat Derbisov bildirib.
Onun sözlərinə görə, yanğın yerində vəziyyət sabitləşir, hazırda orada aviasiya texnikası və quru qoşunları işləyir. “Əgər güclü külək əsməsə, o zaman biz havaya qalxacağıq”, – deyə Nazirliyin sədri vurğulayıb.
Qeyd edək ki, Abay rayonundakı Semey Ormanı qoruğunda iyunun 8-dən davam edən yanğının sahəsi 60 min hektara çatıb. Hadisə nəticəsində 14 nəfər həlak olub. İlkin məlumata görə, ölənlərin hamısı meşə təsərrüfatı işçiləridir. İyunun 12-si ölkədə Milli Matəm Günü elan edilib.
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
