Pleyeri seçin:
Qazaxıstanda güclü mədən qəzası: dəhşətə gətirən detallar açıqlandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Karaqanda vilayətində Kostenko şaxtasında qəza baş verib. Qəza nəticəsində 21 nəfər həyatını itirib.
Bu barədə müəssisənin sahibi məlumat verib.
Son məlumata görə, 252 nəfərdən 205-i şaxtadan çıxarılıb, onlardan 18-i tibbi yardıma müraciət edib. Hazırda mədəndə 23 şaxtaçı qalıb və onların axtarış-xilasetmə işləri davam etdirilir.
İlkin ehtimallara görə, şaxtada metan qazının partlayışı baş verib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev şirkətin sahibinə sərmayəni dayandırmağı əmr edib.
Dövlət başçısı hökumətə şaxtaçıların ailələrinə bütün lazımi yardımların göstərilməsini tapşırıb. Fövqəladə vəziyyətin araşdırılması üçün dövlət komissiyası yaradılıb.
Kopyalandı
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
