Pleyeri seçin:
Qazaxıstanda həyat dayandı | Məktəblər bağladıldı, helikopterlər göndərildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şərqi Qazaxıstanın Kürçum rayonunda fövqəladə vəziyyət elan edilib.
Bu barədə "Tengrinews" məlumat yayıb. Qeyd olunub ki, yanvarın 7-də Kürçum rayonuna yağan güclü qar səngimir.
Sinoptiklər bildiriblər ki, qarın qalınlığı bəzi yerlərdə iki metrə çatır.
Şərqi Qazaxıstan Akimatının mətbuat xidmətinin məlumatına görə, rayon sakinlərinin nəqliyyat əlaqəsi kəsilib.
Yanvarın 16-da ərzaq, zəruri ləvazimat və dərman preparatlarının çatdırılması üçün əraziyə helikopter göndərilib.
Şərqi Qazaxıstanın Markakol bölgəsində də pis hava şəraiti hökm sürür.
Qeyd edək ki, Şərqi Qazaxıstanın bir sıra rayonlarında hava şəraiti ilə əlaqədar məktəblərdə dərslər distant təhsil formatına keçirilib.
Kopyalandı
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
