Qazaxıstanda referendum | Atom elektrik stansiyası inşa ediləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2024-cü il oktyabrın 6-da ölkədə atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.
Bu barədə Qazaxıstan dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
“2024-cü il oktyabrın 6-da ölkədə referendum keçirilməsi haqqında fərman verirəm. Referendum bu sualla bağlı olacaq: “Qazaxıstanda AES-in tikintisi ilə razısınızmı?”, – fərmanda deyilir.
Qeyd olunur ki, ölkə hökumətinə Mərkəzi Seçki Komissiyası, digər mərkəzi dövlət və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görmək tapşırılıb.
“Biz uzunmüddətli milli maraqları və ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq gələcək haqqında düşünməliyik. Ona görə də mən həmişə AES-in tikintisi məsələsi ilə bağlı düşünülmüş qərarın qəbul edilməsinin, strateji planların cəmiyyətdə geniş müzakirə olunmasının vacibliyində israr etmişəm”, – Tokayev bildirib.
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
