Pleyeri seçin:

Qərb Çindən niyə çəkinir? - Si Cinpinin görüşlərinin pərdəarxası

09 may 2024 129 baxış

Çin sədri Si Cinpinin Avropaya səfəri başlayıb.

Səfərdə əsas məsələ Çin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən “Bir kəmər, bir yol” layihəsidir. Cinpinin ziyarət etdiyi ölkələrin hər üçü – Fransa, Serbiya və Macarıstan bu layihəyə dəstək verir.

Çin lideri Parisdə Fransa Prezidenti Emmanuel Makronla yanaşı, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə görüşüb.

Görüşdə əsas müzakirə mövzusu Avropanı illərdir narahat edən Çinin ticarət siyasəti olub. Məsələ burasındadır ki, Çin hökuməti istehsal etdiyi əksər mallara subsidiya ayırır. Həmin mallar Avropaya ixrac edilir və burada yerli məhsullardan ucuz qiymətə satılır. Nəticədə Avropa və ABŞ malları bazarda rəqabətə tab gətirə bilmirlər.

Görüş zamanı Çin və Fransa dövlət başçıları bir sıra beynəlxalq məsələləri də müzakirə ediblər. Yaxın Şərq məsələsində tərəflər arasında elə də ciddi fikir ayrılığı yoxdur. Hər iki tərəf İsrail-Fələstin və İran-İsrail məsələsinin sülh yolu ilə həll edilməsini dəstəkləyirlər.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövzuda isə Çinlə Qərb dövlətləri arasında fikir ayrılığı var. Avropa liderləri Çini öz nüfuzundan istifadə edərək Rusiyaya təsir etməyə çağırsalar da, rəsmi Pekin qarışmamaq siyasətinə üstünlük verir.

Kopyalandı
Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 129 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 129 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 129 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 129 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 129 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 129 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 129 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 129 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 129 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 129 baxış
Seçilmişlər
icon