Pleyeri seçin:

"Qərbin diplomatik vədləri Liviyada fəlakətə səbəb oldu" | Aişə Qəddafi

12 yanvar 2026 907 baxış

İranda hökumət əleyhinə etirazların davam etdiyi bir vaxtda Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafinin illər əvvəl İran xalqına ünvanladığı xəbərdarlıq yenidən gündəmə gəlib.

Aişə Qəddafi həmin müraciətində İranın qarşılaşdığı geosiyasi təzyiqləri Liviyanın 2011-ci ildə yaşadığı proseslə müqayisə edərək Qərb dövlətlərinin vədlərinə etibar etməməyə çağırmışdı.

Onun sözlərinə görə, atasının nüvə və raket proqramlarından imtina etməsi Liviyanı qorumaq əvəzinə ölkəni xarici hərbi müdaxiləyə açıq hala gətirib. Qəddafi sosial şəbəkələrdə yayılmış müraciətində “acı, dağıntı və xəyanəti şəxsən yaşamış biri kimi” danışdığını vurğulayaraq bildirib ki, Qərbin diplomatik vədləri Liviyada fəlakətlə nəticələnib.

O qeyd edib ki, məhz bu silahlar ölkəni NATO bombardmanından çəkindirə biləcək əsas amillər idi.

Aişə Qəddafi bildirib ki, öncə müdafiəsiz hala saldılar, sonra hücum etdilər. Onun sözlərinə görə, silahsızlanma və güzəşt siyasəti ölkəni qorumaq əvəzinə onu parçalanmaya və xaosa sürükləyib.

Yaxın Şərqdə artan gərginlik İsrailin Həsən Nəsrallah və İsmayıl Haniyəyə qarşı hücumlarından sonra bölgənin açıq münaqişə mərhələsinə daxil olduğu bir vaxtda Aişə Qəddafinin bu mesajı tarixi xəbərdarlıq kimi qiymətləndirilir.

Sonda o vurğulayıb ki, müdafiə qabiliyyətinə sahib olmaq aqressiya deyil, milli varlığın qorunması məsələsidir və yanlış vədlərə inanmaq dövlətlərin məhvinə aparan yoldur.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 907 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 907 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 907 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 907 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 907 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 907 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 907 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 907 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 907 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 907 baxış
Seçilmişlər
icon