Qətər vətəndaşı İranın dənizdə keçirdiyi əməliyyat zamanı həyatını itirib - Baku TV
Bölgədəki hərbi əməliyyatlar zamanı qəlpə dəyməsi səbəbindən bir Qətər vətəndaşı ölüb, daha bir nəfər isə yaralanıb.
Bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sahil Mühafizəsi və Sərhəd Təhlükəsizliyi Baş İdarəsi müntəzəm yoxlama zamanı göyərtəsində iki nəfərin olduğu gəmilərdən birinin təyin olunmuş vaxtda geri qayıtmadığını qeydə alıb. Dəniz patrulları iyunun 27 də axtarış əməliyyatına başlayıb.
"İyunun 28-i səhər tezdən axtarış-xilasetmə qrupları gəmini tapıb. Əməliyyat zamanı Qətər vətəndaşının ərazidə hərbi əməliyyatlar nəticəsində aldığı qəlpə yaralarından öldüyü təsdiqlənib", – deyə məlumatda bildirilir.
Gəmidə olan ikinci şəxs Qətərdə daimi yaşayan ərəbəsilli xarici vətəndaş olub və o yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu Küveyt və Bəhreyndə ABŞ hərbi hədəflərinə ballistik raket və pilotsuz təyyarələrlə zərbə endirdiyini açıqlamışdı. Tehran bu addımları ABŞ-nin hərbi əməliyyatına cavab olduğunu bildirib.
#Qətər teqi istifadə olunub
- Hörmüzdə yaranan kritik vəziyyət yanacaq böhranı yaradacaq? | Qətərdən xəbərdarlıq - ANA XƏBƏR
- Ankara və Doha regional gərginliyin azaldılması yollarını müzakirə etdi - Baku TV
- Qətər və Türkiyə davamlı sülh üçün təmasları davam etdirir - Baku TV CANLI
- Qətər ABŞ-İran danışıqları ilə bağlı son vəziyyəti açıqladı - Baku TV CANLI
- İran hərəkətə keçdi: 3 pilotun taleyi ilə bağlı qəti tələb irəli sürüldü - Baku TV CANLI
