Pleyeri seçin:

Qəzza xəstəxanasının vurulmasına beynəlxalq reaksiya: Netanyahu nə dedi?

18 oktyabr 2023 313 baxış

Qəzza zolağında çoxsaylı insan ölümünə səbəb olan hücumla bağlı bir sıra dünya liderlərindən reaksiya gəlib.

Hadisəni kimin törətməsi barədə müxtəlif versiyalar var.

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada yüzlərlə insanın ölümü ilə nəticələnən hücumda İsrail hərbçilərinin əlinin olmasına dair iddiaları qətiyyətlə rədd edərək terrorun “İslami Cihad” tərəfindən həyata keçirildiyini açıqlayıb.

“Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya İsrail Müdafiə Qüvvələri yox, terrorçular hücum ediblər. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz övladlarını da öldürürlər”, – deyə Baş nazir “X” hesabında bildirib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden köməkçilərinə hücumun təfərrüatlarını aydınlaşdırmaq üçün məlumat toplamaq barədə göstəriş verib. Ağ Evin bəyanatında qeyd olunub ki, ABŞ birmənalı olaraq münaqişədə mülki şəxslərin müdafiəsini dəstəkləyir. Rəsmi Moskva hadisəni cinayət və insanlıqdan çıxma aktı kimi qiymətləndirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hücumu açıq-aşkar müharibə cinayəti adlandıraraq hadisədə ABŞ-nin günahkar olduğunu iddia edib.

Qardaş ölkə Türkiyənin mövqeyinə gəlincə isə Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə “X” hesabında yazıb.

“Qadınların, uşaqların və günahsız mülki şəxslərin olduğu xəstəxananın vurulması İsrailin fundamental insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Bütün insanlığı bu dəhşəti dayandırmaq üçün hərəkətə keçməyə çağırıram. Qəzzada bu misli görünməmiş vəhşilik törədildi”, – deyə R.T.Ərdoğan paylaşımında qeyd edib.

İranın Xarici İşlər Nazirliyi də xəstəxanaya edilən hücuma görə İsraili günahdlandırıb.

Banner
Respublikaçılar və demokratlar hərəkətə keçib

Respublikaçılar və demokratlar hərəkətə keçib

Dünya
09 noyabr 2026 313 baxış
Vaşinqtonda hansı partiyanın namizədi prezident ola biləcək? - Baku TV CANLI

Vaşinqtonda hansı partiyanın namizədi prezident ola biləcək? - Baku TV CANLI

Dünya
09 noyabr 2026 313 baxış
Ukrayna kosmik qüvvələr yaradır

Ukrayna kosmik qüvvələr yaradır

Dünya
09 noyabr 2026 313 baxış
ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

Dünya
09 noyabr 2026 313 baxış
"Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI

"Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 313 baxış
Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Dünya
09 noyabr 2026 313 baxış
Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Dünya
09 noyabr 2026 313 baxış
Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Dünya
09 noyabr 2026 313 baxış
Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Dünya
09 noyabr 2026 313 baxış
Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 313 baxış
Seçilmişlər
icon