Pleyeri seçin:

Qəzza zolağı ətrafında hərbi toqquşmalar davam edir

27 oktyabr 2023 171 baxış

Qəzza zolağı ətrafında hərbi toqquşmalar davam etdiyi bir vaxtda HƏMAS-ın bu qədər silahı necə topladığı maraq doğurur.

Dünya mediası bu mövzuda təhlillər dərc edir. Kəşfiyyat xidmətlərinin bir-birindən maraqlı araşdırmaları var.

HƏMAS İsrailə qarşı minlərlə raket, çoxsaylı pilotsuz uçuş aparatı və saysız-hesabsız kiçik silahlardan və qumbaralardan istifadə edib. Təxminən 2,5 milyon əhalinin yaşadığı kasıb bir bölgə olan Qəzza iki tərəfdən İsrail, bir tərəfdən isə Misirlə əhatə olunub. Aralıq dənizindəki nəzarətin də İsraildə olduğunu bilirik.

Odur ki, İsrailin hava və dəniz blokadası altında olan və ciddi nəzarətdə saxlanılan bölgəyə HƏMAS-ın bu böyüklükdə hücumu həyata keçirmək üçün kifayət qədər silahı necə topladığı sual doğurur.

CNN bu sualın cavabını belə verir: “Hiyləgərlik, improvizasiya, əzmkarlıq və xaricdəki xeyriyyəçilər”.

ABŞ və İsrail HƏMAS hücumunun arxasında İranın olduğuna dair dəlil tapa bilməsələr də, CNN-də aparılan təhlildə İranın HƏMAS-ın ən mühüm hərbi dəstəkçisi olduğu və Aralıq dənizi blokadasından yayınan gizli transsərhəd tunellər və qayıqlar vasitəsilə bölgəyə silah göndərdiyi iddia edilir.

HƏMAS-ın yüksək rütbəli rəsmisi Əli Barakə də bu iddianı təsdiqləyən açıqlamalar verib. Sözügedən hücuma 2 ildir hazırlaşdıqlarını bildirib:

“250 km, 160 km, 80 km və 10 km mənzilli raketlər üçün, minaatan və onların mərmiləri üçün zavodlarımız var. “Kalaşnikov” avtomatları və onların patronları üçün istehsal müəssisələrimiz mövcuddur. Patronları ruslardan aldığımız icazə əsasında istehsal edirik. Onları Qəzzada hazırlayırıq”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 171 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 171 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 171 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 171 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 171 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 171 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 171 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 171 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 171 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 171 baxış
Seçilmişlər
icon