Pleyeri seçin:

Qəzza zolağına kim nəzarət edəcək? – Sakinlər bu ölkələrə köçürülsə...

07 fevral 2025 189 baxış

Yaxın Şərqdə davam edən atəşkəsin fonunda, hər kəsi bir sual maraqlandırır. Qəzza zolağına kim nəzarət edəcək?

Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp artıq öz versiyasını irəli sürüb.

O, İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Qəzza zolağının xarabalığa, təhlükəli zonaya çevrildiyini deyib. Tramp sakinlərin Misir və İordaniya kimi ölkələrə köçürülməsini təklif edib. Lakin onun təklifi istər regional qüvvələr, istərsə də kənar dövlətlər tərəfindən birmənalı qarşılanmayıb.

Bütün bunlara baxmayaraq, ABŞ lideri sözündən dönməyib və Qəzza üçün xüsusi planı olduğunu da bir daha xatırladıb.

Trampa İsrailin müdafiə naziri İsrael Katsdan dəstək gəlib. Nazir İsrail Silahlı Qüvvələrinə fələstinlilərin Qəzza zolağından könüllü surətdə çıxmaları üçün konkret plan hazırlamağı tapşırdığını bəyan edib.

Vaşinqton rəhbərinin cəsarətli təklifini alqışlayan Kats belə bir köç prosesinin Qəzza əhalisinin dünyanın müxtəlif ölkələrində yerləşməsi üçün şərait yaradacağına əmin olduğunu bildirib.

“Proses quru yolu ilə yanaşı dəniz və hava yolları vasitəsilə də həyata keçirilə bilər. Hər kəs istədiyi yerə köçə bilər”, – deyə israilli nazir vurğulayıb. Onun fikrincə, qəzzalıların xüsusilə İspaniya, İrlandiya və Norveç kimi ölkələrə gedişi mümkündür.

“Onlar fələstinlilərə sığınacaq verməsələr, deməli, ikiüzlüdürlər. Bu ölkələrin sırasına Kanada da daxildir”, – deyə Kats özünə bəraət qazandırıb.

Bu arada, Tehranın Xarici İşlər Nazirliyi Qəzzaya nəzarət və fələstinlilərin zorla köçürülmə planının yolverilməz olduğunu açıqlayıb.

“Fələstinlilərin guya Qəzzadan təhlükəsiz əraziyə köçürülmələri və regionun üçüncü dövlət tərəfindən nəzarətə götürülməsi planı İsrailin Fələstin xalqını tamamilə aradan qaldırmaq məqsədi daşıdığını göstərir. İran bu plana qətiyyətlə etirazını bildirir”, – deyə Tehranın Xarici İşlər Nazirliyinin məlumatda qeyd olunub.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 189 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 189 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 189 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 189 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 189 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 189 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 189 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 189 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 189 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 189 baxış
Seçilmişlər
icon