Pleyeri seçin:

Qəzza zolağında qida tapmaq çətinləşib

12 noyabr 2025 609 baxış

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları israilli girovların axtarışı üçün Qəzza zolağındadır. Qəzza zolağında Qızıl Xaç Komitəsinin əməkdaşlarını HƏMAS-ın silahlıları qarşılayıb.

Oktyabrın 10-da İsrail ilə HƏMAS arasında atəşkəs qüvvəyə minəndən indiyədək sağ qalan 20 girov İsrailə təhvil verilib. 24 meyitin qalıqları da qaytarılıb.

Qeyd edək ki, Qəzzada axtarış-xilasetmə işləri getdiyi üçün bəzi problemlər qalmaqdadır. Yəni Qəzza zolağı hələ savaşdan əvvəlki həyata qayıda bilməyib. Humanitar yardımın çatdırılması bir yana, insanlar yerli məhsul da ala bilmirlər.

“Mənim yaralı oğlum var. Ona yemək aparmaq istəyirəm. Onun sağalmaq üçün qidaya ehtiyacı var. Yeganə çıxış yolu balıqdır. O, baha olsa da, mən bunu oğlum üçün almağa məcburam. Müharibədən əvvəl biz həftədə 2-3 dəfə balıq alırdıq. Lakin indi bu qiymətlərlə yalnız ildə bir dəfə bunu etmək mümkündür. Bir kiloqram balıq 30-50 dollar pul deməkdir. Ucuz balıqlar var, lakin onlar keyfiyyətsizdir. Qiymətlər isə çox bahadır. 2 kiloqram balıq üçün 100 dollar pul verməlisən. Bu həddindən artıq çoxdur”, – deyə Qəzza sakini Rami Əl Kurdi bildirib.

Qeyd edək ki, oktyabrda əldə olunan atəşkəsdən sonra humanitar yardımın çatdırılmasında ciddi problemlər müşahidə olunur. Atəşkəs planının növbəti mərhələsinə görə, İsrail hər iki tərəf üçün razılaşdırılan sarı xətdən geri çəkilməlidir. Qəzzanın idarəsi üçün keçid hakimiyyəti yaradılmalı və HƏMAS tərk-silah edilməlidir. Son olaraq isə yenidənqurma işlərinin görülməsi planlaşdırılır.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 609 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 609 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 609 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 609 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 609 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 609 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 609 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 609 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 609 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 609 baxış
Seçilmişlər
icon