Qəzzada 3 gün ərzində 14 meyit tapıldı | Yaxın Şərqdə son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Son 3 gündə Qəzza zolağında anklavın Səhiyyə Nazirliyinin əməkdaşları 14 nəfərin meyitini aşkar ediblər.
Nazirlik bu barədə məlumatı özünün “Telegram” kanalında yayıb.
“Son 72 saat ərzində 14 fələstinlinin cəsədi Qəzzada xəstəxanalara çatdırılıb. Onlardan 5-i əvvəllər aldığı yaralardan ölüb, 4 nəfər isə bu 3 gündə dünyasını dəyişib. Bu müddət ərzində 11 nəfər xəsarət alıb”, – deyə Səhiyyə Nazirliyindən bildirilib.
Həkimlər qeyd ediblər ki, 2023-cü ilin oktyabr ayından etibarən yenilənmiş məlumatlara görə, Qəzzada 47 306 nəfər ölüb, 111 483 nəfər isə yaralanıb.
Bu arada, İsrail hakimiyyətinin geri qaytarılmasında israrlı olduğu əsir Arbel Yehud sağdır və vətəninə qayıdacaq. Bu barədə HƏMAS-ın “Telegram” kanalında yaydığı məlumatda deyilir.
“İsrail Arbel Yehudun taleyi barədə heç nə bilmədiyi halda saziş üzrə öhdəliklərini gecikdirir, baxmayaraq ki, HƏMAS onun sağ olduğunu vasitəçilərə çatdırıb və onun azadlığa buraxılacağına dair bütün lazımi zəmanətləri verib”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl İsrailin Baş nazirinin ofisi bəyan edib ki, Arbel Yehud qaytarılana qədər saziş icra olunmayacaq. Qeyd edilib ki, o, yanvarın 25-də azad olunmalı idi.
#Qəzza zolağı teqi istifadə olunub
