Pleyeri seçin:

Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi tamamlanıb?

13 noyabr 2025 519 baxış

HƏMAS-ın yüksəkvəzifəli rəsmisi İsraillə atəşkəs razılaşmasının birinci mərhələsinin tamamlandığını, ikinci etap və Qəzzanın gələcək idarəçiliyinin davam edən gərginliklər fonunda qeyri-müəyyən qaldığını iddia edib.

Bildirilib ki, İsraillə bu yaxınlarda əldə edilən atəşkəs razılaşmasını hərtərəfli və ya yekun razılaşma deyil, yalnız "ilkin razılaşma" kimi təsvir etmək olar. “HƏMAS birinci mərhələ üzrə öhdəliklərini yerinə yetirib”, ‒ deyə rəsmidən açıqlama verilib.

Bundan başqa, qeyd etmək lazımdır ki, İsrail 10 oktyabrda qüvvəyə minən atəşkəs razılaşmasından sonra Qəzzada 1500-dən çox binanı dağıdıb. “BBC Verify” komandası tərəfindən nəzərdən keçirilən və sonuncu dəfə 8 noyabrda çəkilən peyk görüntüləri İsrailin Qəzzada söküntü işlərini “geniş miqyasda” davam etdirdiyini göstərir.

Qəzza atəşkəsinin birinci mərhələsi 10 oktyabrda qüvvəyə mindikdən bəri, girovların qalıqlarının qaytarılması, İsrail hərbi əməliyyatlarının dayandırılması və digər məsələlərdə irəliləyiş əldə edilib. Lakin həm İsrail, həm də HƏMAS dəfələrlə bir-birini atəşkəsi pozmaqda ittiham edib, ara-sıra toqquşmalar qeydə alınıb.

Qəzzanın səhiyyə orqanlarından bildirilib ki, atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 245 nəfər ölüb, 623 nəfər yaralanıb.

Analitiklərin fikrincə, atəşkəsin birinci mərhələsi əsasən humanitar yardım və qısamüddətli tədbirlərə yönəlib, ikinci mərhələ isə mürəkkəb siyasi danışıqları və uzunmüddətli təhlükəsizlik tənzimləmələrini əhatə edəcək. Bu isə ikinci mərhələni daha mürəkkəb və çətin hala gətirir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 519 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 519 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 519 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 519 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 519 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 519 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 519 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 519 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 519 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 519 baxış
Seçilmişlər
icon