Pleyeri seçin:
Qəzzada sakitlik bərqərar olur? | Qətərin təklifi yenidən gündəmdə
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS hərəkatı İsrailin Qəzza zolağından silahlı qüvvələrinin çıxarılmasını nəzərdə tutan və Qətər tərəfindən 2025-ci ilin yanvarında irəli sürülmüş sülh planının yenidən müzakirəsinə hazır olduğunu bildirib.
Bu barədə “Al Arabiya” telekanalı fələstinli mənbələrə istinadən məlumat yayıb.
Hərəkatın bu məsələdə müəyyən güzəştlərə getməyə açıq olduğu qeyd olunur.
Bildirilib ki, Dohada keçirilən məsləhətləşmələr zamanı HƏMAS nümayəndələri İsrail Ordusunun Qəzza sektorundan çıxarılmasını nəzərdə tutan sənədin yenidən müzakirəsinə razılıq veriblər.
Sənəddə İsrail qoşunlarının anklavın sərhədindən 700 metr daxilində tutduqları mövqelərdən, həmçinin sektorun müəyyən ərazilərindən çıxarılması nəzərdə tutulur.
Kopyalandı
#İsrail-Fələstin münaqişəsi teqi istifadə olunub
- İsrail ilə Fələstin müqavimət dəstələri arasında şiddətli toqquşmalar yenidən başlayıb - Baku TV
- İsrail İordan çayının qərbini tam ələ keçirmək istəyir? - 24 SAAT
- “İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq” | Ceyhun Bayramov
- Bu il Yaxın Şərqdə gərginlik daha da dərinləşəcək?
- İsrail-”Hizbullah” atəşkəsi sona çatdı?
