Pleyeri seçin:
Qəzzalı xəstələri və yaralıları daşıyan hərbi təyyarə Ankaraya eniş etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzzadan olan 85 xəstə və 106 yaralı müalicə olunmaq üçün Misirdən Türkiyəyə gətirilib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O, müalicə üçün Türkiyəyə gətirilən qəzzalı xəstələrlə bağlı bunları deyib:
“Biz millətimiz adına bu humanitar məsuliyyəti yerinə yetirəcəyik. Bu müqəddəs gecədə xəstələrimizə şəfa diləyirik. Səylərimiz davam edəcək”.
Bu, hücumlar səbəbi ilə müalicəsini davam etdirə bilməyən xəstə və yaralılar üçün Türkiyə, Misir və İsrail ilə koordinasiyalı şəkildə həyata keçirilən sayca 7-ci təxliyədir.
Bu çərçivədə xəstə və yaralılar Misirin Əl-Ariş Hava Limanından-Ankara Etimesgut Hərbi Hava Limanına gətirilib.
Kopyalandı
#İsrail-Fələstin münaqişəsi teqi istifadə olunub
- İsrail ilə Fələstin müqavimət dəstələri arasında şiddətli toqquşmalar yenidən başlayıb - Baku TV
- İsrail İordan çayının qərbini tam ələ keçirmək istəyir? - 24 SAAT
- “İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq” | Ceyhun Bayramov
- Bu il Yaxın Şərqdə gərginlik daha da dərinləşəcək?
- İsrail-”Hizbullah” atəşkəsi sona çatdı?
