Pleyeri seçin:

Qırğızıstanın turizm incisi İssık-Kul əsrarəngiz mənzərəsi ilə görənləri valeh edir - Baku TV

25 iyul 2026 23 baxış

Qırğızıstanın əsrlər boyu öz sirrini qoruyan İssık-Kul gölü dünyanın ən böyük dağ göllərindən biridir.

İssık-Kul gölü təkcə Qırğızıstanın deyil, həm də dünyanın ən böyük dağ göllərindən biridir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşməsinə baxmayaraq, göl qışda demək olar ki, donmur.

İssık-Kulun sahəsi 6000 kvadratkilometrdən çoxdur. Elə buna görə də sahilin bir çox nöqtəsindən qarşı tərəfi görmək mümkün olmur və insan özünü dəniz kənarında hiss edir. Gölün suyunun yüngül duzlu olması da təsadüf deyil. Bura yüzlərlə çay tökülsə də, ondan heç bir çay axmır. Su yalnız buxarlanaraq təbii dövranını davam etdirir.

İssık-Kul təkcə gözəlliyi ilə deyil, sirləri ilə də alimlərin diqqət mərkəzindədir. Araşdırmalar zamanı gölün dibində qədim yaşayış məskənlərinin və daş divarların qalıqları aşkar edilib. Ehtimal edilir ki, min illər əvvəl suyun səviyyəsinin qalxması nəticəsində bu yaşayış yerləri su altında qalıb.

Möhtəşəm təbiəti, zəngin tarixi və inkişaf etmiş turizm infrastrukturu ilə İssık-Kul bu gün Qırğızıstanın ən çox ziyarət edilən məkanlarından biridir. Lakin İssık-Kul təkcə təbiəti ilə deyil, həm də qonaqpərvərliyi ilə yadda qalır.

Mediaturun üçüncü günü Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi Azərbaycan jurnalistlərinin şərəfinə rəsmi ziyafət təşkil edib. Milli musiqi nümunələri, ənənəvi ifalar və səmimi qonaqpərvərlik mediaturun iştirakçılarında xoş təəssürat yaradıb. 

Ağ Evdə qapalı görüş: Trampın İranla bağlı yeni planı nədir? - AKTUAL GÜNDƏM

Ağ Evdə qapalı görüş: Trampın İranla bağlı yeni planı nədir? - AKTUAL GÜNDƏM

Dünya
25 iyul 2026 23 baxış
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları yenidən şiddətləndi - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları yenidən şiddətləndi - Baku TV CANLI

Dünya
25 iyul 2026 23 baxış
Mixail Fyodorovun istefasına qarşı etirazlar keçirilir | Ukraynada son vəziyyət - Baku TV CANLI

Mixail Fyodorovun istefasına qarşı etirazlar keçirilir | Ukraynada son vəziyyət - Baku TV CANLI

Dünya
25 iyul 2026 23 baxış
23 növdə 44 medal dəsti uğrunda mübarizə aparılacaq

23 növdə 44 medal dəsti uğrunda mübarizə aparılacaq

Dünya
25 iyul 2026 23 baxış
Mixail Fyodorovun istefasına qarşı etirazlar keçirilir

Mixail Fyodorovun istefasına qarşı etirazlar keçirilir

Dünya
25 iyul 2026 23 baxış
Maskdan münaqişə ilə bağlı açıqlama | Ukrayna bu əraziləri geri almayacaq

Maskdan münaqişə ilə bağlı açıqlama | Ukrayna bu əraziləri geri almayacaq

Dünya
25 iyul 2026 23 baxış
İran Bolqarıstana sərt mesaj göndərib | "Əgər bunu etsəniz..." - Baku TV CANLI

İran Bolqarıstana sərt mesaj göndərib | "Əgər bunu etsəniz..." - Baku TV CANLI

Dünya
25 iyul 2026 23 baxış
Misirdə tarixi bina restavrasiya olundu

Misirdə tarixi bina restavrasiya olundu

Dünya
25 iyul 2026 23 baxış
Husilərə görə Tehrana xəbərdarlıq edildi | Yaxın Şərqdə münaqişə böyüyür?

Husilərə görə Tehrana xəbərdarlıq edildi | Yaxın Şərqdə münaqişə böyüyür?

Dünya
25 iyul 2026 23 baxış
Əraqçi xəbərdarlıq etdi | Tehran hansı addımı atacaq?

Əraqçi xəbərdarlıq etdi | Tehran hansı addımı atacaq?

Dünya
25 iyul 2026 23 baxış
Seçilmişlər
icon