Qisas hissi ilə yaşayan qadın keçmiş sevgilisindən acığını belə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də qaradərili qadın keçmiş həyat yoldaşının arvadını qaçırıb.
"People" nəşrinin yazığına görə, Floridada yaşayan 52 yaşlı Latrans Battal keçmiş partnyorunun yeni sevgilisinin işlədiyi hotelə gedərək həmin xanıma yaxınlaşıb.
Daha sonra o, özünü İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşı kimi təqdim edərək polis ofisindən olan vizit kartını göstərib. Üzərində İmmiqrasiya və Gömrük Mühafizəsi yazısı olan gödəkçə və əl radiosu qarşısındakında şübhə oyatmayıb.
Bu baxımdan mühacir qadın könüllü şəkildə Latransın arxasınca gedərək maşına əyləşib. Ancaq maşına minən kimi vəkili və əri ilə əlaqə saxlamağa çalışsa da, onun əlindən telefonu alınıb. Qaçırılan şəxsə polis ofisinə gedəcəkləri söylənilsə də, şəhərdən kənarda yerləşən evlərdən birinə aparılaraq əsir saxlanılıb.
Latrans bu əməlini keçmiş ərinin hərəkətlərinin nəticələri kimi qələmə verib. Qadın bir neçə gündən sonra qonşunun köməyi ilə əsirlikdən xilas ola bilib və hadisə barədə polisə məlumat verib. Ertəsi gün Battal Alabamaya gedərkən yolda həbs olunub.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
