Qiyamət günü yaxınlaşır? - Bu sirli mesajlar bütün dünyaya xəbərdarlıq edir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın ən sirli radiostansiyası hesab olunan “Qiyamət günü radiostansiyası” – “UVB-76” iki yeni sirli mesaj ötürüb.
Bildirilir ki, efirdə “luçotorq” və “kopna” sözləri səslənib. Bu sözlərin mənası və məqsədi hələ də aydın deyil.
Qeyd edək ki, “UVB-76”nı təkcə Rusiyanın deyil, bütün dünyanın istənilən nöqtəsində eşitmək mümkündür, çünki onun qısa dalğaları ən ucqar rayonlara belə çatır. Lakin onun kim tərəfindən idarə olunduğu və əsas funksiyasının nə olduğu sirr olaraq qalır.
Stansiyanın zaman-zaman rus dilində səsləndirdiyi rəqəmlər, qəribə sözlər və qeyri-adi kodlu cümlələr uzun müddətdir tədqiqatçıların diqqət mərkəzindədir. Məhz bu səbəbdən “UVB-76” tez-tez “Jujjalka”, yəni “vızıltı” adı ilə tanınır.
Bəzi iddialara görə, bu siqnallar böyük siyasi və hərbi hadisələrdən əvvəl yayımlanır və müəyyən xəbərdarlıq xarakteri daşıyır. Bununla belə, bu iddialar nə sübuta yetirilib, nə də rəsmi şəkildə təkzib olunub.
#Rusiya teqi istifadə olunub
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Yaşayış məntəqələrinə yaxınlaşan ayılar ərazidən uzaqlaşdırılır
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
- Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?
- Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV
