Qlobal istiləşmə gələcəyimizi riskə atır
Yeniliklərdən dərhal xəbərdar olun
Son illərdə aparılan iqlim araşdırmaları göstərir ki, əgər qlobal istiləşmə tendensiyası bu tempdə davam edərsə, gənc və gələcək nəsillər əvvəlki dövrlərlə müqayisədə daha ciddi və tez-tez baş verən ekstremal hava hadisələrinə məruz qalacaqlar.
Ekspertlərin sözlərinə görə, belə dəyişiklər yalnız ekstremal hava hadisələrinin intensivliyini və tezliyini artırmaqla kifayətlənmir, həm də onların başvermə vaxtında və məkanında ciddi dəyişikliklərə səbəb olur.
Mütəxəssislərin fikrincə, əvvəllər görünməmiş və ya son dərəcə nadir hesab edilən hava hadisələri artıq müasir iqlim reallığının ayrılmaz hissəsinə çevrilib.
Məsələn son illərdə Sibirdə genişmiqyaslı meşə yanğınları, Liviyada isə dağıdıcı daşqınlar baş verib. Halbuki bu cür hadisələr həmin bölgələr üçün tarixi baxımdan nadir sayılırdı.
Bu vəziyyətin gələcək nəsillər üçün yaratdığı risklər isə iqlim siyasətinin və adaptasiya tədbirlərinin vacibliyini bir daha gündəmə gətirir.
#Qlobal istiləşmə teqi istifadə olunub
- Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır
- Tədqiqatçılar iqlim dəyişikliyinin təbiət üçün kritik həddə çatmaq təhlükəsindən xəbərdarlıq edirlər
- BMT Afrika qitəsi ilə bağlı həyəcan təbili çaldı
- İnsan sağlamlığı üçün təhlükəli olan istilik dalğaları güclənir
- Yer kürəsində rekord həcmdə buzlaq əriyib
