Qlobal miqyasda əlçatan xidmət platformaları istifadəyə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Çin yüksəkkeyfiyyətli təhsil resurslarının sərhədlərarası paylaşılmasını təşviq etmək və intellektual texnologiyaların təhsilə inteqrasiyasını daha da dərinləşdirmək məqsədilə qlobal süni intellekt təhsil xidməti platformasının istifadəyə verildiyini elan edib.
Yeni platformanın istifadəyə verilməsi dünyanın 220 ölkəsində və bölgəsində istifadəçilər üçün əlçatan olan “Çinin “ağıllı” təhsili” təşəbbüsünün daha geniş yayılmasının bir hissəsidir.
Yenilənmiş platforma beynəlxalq xidmətlər və yeni funksiyalar təklif edən üç yeni sahə ilə genişləndirilib. Bunlara qlobal süni intellekt təhsil xidməti platforması, ömürlük təlim mərkəzi və Çin dilini öyrənmə icması olan “Çin dilini sevirəm” daxildir.
Bu xidmətlərin hamısı qlobal miqyasda əlçatandır. Həmçinin intellektual texnologiyalar dövründə təhsilin transformasiyası, inkişafı və idarə olunmasına yönəlmiş “Çində intellektual təhsilin inkişafı haqqında hesabat” sənədi də dərc olunub.
Hərtərəfli və davamlı insan inkişafı naminə süni intellekt texnologiyalarının üstünlüklərindən tam istifadə etməyi hədəfləyən “Hançjou təşəbbüsü”nün də təqdimatı olub.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
