Pleyeri seçin:

Qocalan beyini bərpa edirlər, amma... | ABŞ-də qalmaqal yaradan üsul

20 avqust 2024 278 baxış

İnsanlar yüzilliklər ərzində sonsuz həyatın sirrinin və ya ən azından qocalma prosesini ləngidəcək üsulun axtarışındadırlar.

Görünür, alimlər ölümə qalib gəlməyə bir addım da yaxınlaşmış olublar. Belə ki, ABŞ hökuməti qocalan beyinə yeni hüceyrələrin implantasiyası ilə bağlı maraqlı bir tədqiqatı maliyyələşdirməyə başlayıb. Bu tədqiqat çərçivəsində qocalmış beyin hüceyrələrinin laboratoriya şəraitində ərsəyə gətirilmiş yeni hüceyrələr ilə əvəz edilməsi nəzərdə tutulub.

Genetika üzrə mütəxəssis Jean Hebert ölümə qalib gəlməyə imkan verəcək tibbi cərrahiyyə üsulunun hazırlanması üçün ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən 110 milyon dollar həcmində qrant əldə edib.

Qeyd edilmiş proses özündə zədələnmiş və ya qocalma prosesində olan beyin hüceyrələrinin laboratoriya şəraitində yetişdirilmiş insan embrionlarının toxumaları ilə əvəz edilməsini birləşdirir.

Güman olunur ki, zədələnmiş və ya qocalma prosesində olan beyin toxumasını bu üsul çərçivəsində laboratoriya şəraitində ərsəyə gətirilmiş neyron kök hüceyrələrinin köməyi ilə bərpa etmək mümkün olacaq.

Qeyd etmək lazımdır ki, kök hüceyrələr insan bədəninin istənilən hissəsinin hüceyrələrinə transformasiya ola bilir. Bu hüceyrələr həmçinin mayalanmış yumurtanın böyüyərək daha qəliz orqanizmə çevrildiyi zaman insan embrionlarında da çoxlu miqdarda olur.

Təklif edilmiş yeni tibbi üsulun əsasında da məhz bu hüceyrələr dayanır. Lakin heç də hamı bu layihəni dəstəkləməyib. Jean Hebertin sözlərinə əsasən, beyin toxumasının əvəz edilməsi prosesi hələ keçən il siçanlar üzərində aparılmış testlər çərçivəsində ilk müsbət nəticələri sərgiləmişdi.

Siçanlar üzərində aparılmış testlər çərçivəsində əldə edilmiş müsbət nəticələr sayəsində ABŞ hökuməti növbəti testlərin primatlar üzərində aparılmasına icazə verib.

Qeyd etmək lazımdır ki, beyin zədələnməsinə məruz qalmış laboratoriya siçanları bu prosesdən keçən zaman alimlər onların qocalma prosesində olmuş beyinlərinə yeni kök hüceyrələrini implantasiya ediblər.

Daha sonra aparılmış müşahidələr zamanı məlum olub ki, siçanların əldə etmiş olduqları yeni beyin hüceyrələri aktivləşib və siçanların beyinləri ilə qarşılıqlı əlaqədə olmağa başlayıb. 

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 278 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 278 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 278 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 278 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 278 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 278 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 278 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 278 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 278 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 278 baxış
Seçilmişlər
icon