Pleyeri seçin:

"Qoyduğumuz investisiyaları geri qaytarsın" | Şirkət rəhbəri

31 iyul 2026 292 baxış

“Rusiya Dəmir Yolları” Ermənistanın dəmir yolu konsessiyası ilə bağlı səsləndirdiyi iddialara cavab verib.

Şirkət rəhbəri Oleq Belozerov bildirib ki, mümkün ödəniş tələbi ilə bağlı açıqlamalar “Rusiya Dəmir Yolları” tərəfindən təəccüb və anlaşılmazlıqla qarşılanıb.

Onun sözlərinə görə, Rusiya tərəfi 2008-ci il konsessiya müqaviləsi çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirib.

Qeyd olunub ki, bu müddətdə Ermənistanın dəmir yolu infrastrukturu yenilənib, əldə olunan gəlirlər isə inkişaf layihələrinə yönəldilib və səhmdarlara dividend ödənilməyib.

Məlumata görə, 2008–2025-ci illər ərzində dəmir yollarına təxminən 396 milyon dollar investisiya qoyulub. Şirkət həmçinin ölkədə iri işəgötürənlərdən biri olaraq 2500 əməkdaşın maaşlarının mütəmadi artırıldığını bildirib.

Belozerov əlavə edib ki, Debed çayının daşması nəticəsində dəmir yollarına dəyən ziyan Rusiya tərəfindən maliyyələşdirilib, yeni vaqonlar və elektrik qatarları isə parkın yenilənməsinə xidmət edib.

Şirkət rəhbəri vurğulayır ki, konsessiya müqaviləsinə sadiq qalır.

“Rusiya Dəmir Yolları” konsessiya müqaviləsinin şərtlərinə sadiq qalmaq niyyətindədir. Əgər Ermənistan tərəfi müqaviləyə xitam verilməsi və ya onun şərtlərinin dəyişdirilməsi imkanını nəzərdən keçirirsə, bu halda bizim qoyduğumuz investisiyaların geri qaytarılmasını gözləmək hüququmuz var”, – deyə şirkət rəhbəri qeyd edib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 292 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 292 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 292 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 292 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 292 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 292 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 292 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 292 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 292 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 292 baxış
Seçilmişlər
icon