Qriqoryan Peskovu yalanladı | Görüşdə hər şey başqa cür danışılıb?
Yeniliklərdən dərhal xəbərdar olun
“İrəvan Moskvadan Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədində qalmasını xahiş etməyib, çünki bu məsələ razılaşma yolu ilə tənzimlənir”.
Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.
“Rusiya tərəfi bizdən soruşdu ki, rus sərhədçilərin Ermənistanın Türkiyə və İranla sərhədindən çıxmasını istəyirikmi? Biz cavab verdik ki, yalnız 3 istiqamətdən onların çıxmasını xahiş edirik: Zvartnots Hava Limanından, Azərbaycanla sərhəddəki 17 sərhəd məntəqəsindən və Qarabağdakı sülhməramlıların Qarakilsə və Gorusda yerləşən iki bazasından. Həmin bazaların bağlanmasını istədik”, – A.Qriqoryan bildirib.
Ermənistanın İran və Türkiyə ilə sərhədi məsələsinə gəlincə, A.Qriqoryan vurğulayıb ki, orada rus sərhədçilərin yerləşdirilməsi müqavilə ilə tənzimlənir və Rusiya tərəfinə izah edilib ki, bu məsələ hazırda müzakirə olunmur: “Bizim rus sərhədçilərin Türkiyə və İranla sərhəddə qalmaları barədə heç bir xahişimiz olmayıb”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
